Futbolçumuz Almaniyada məğlubiyyətə üzüldü
Almaniya 3-cü liqasında 16-cı turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzebirge” bu turda evdə “Duysburq”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
"Erzgebirge" - "Duysburq" - 0:2
Qollar: Sorge, 27-avtoqol, Poş, 49
Nazarov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 38-ci dəqiqədə meydana daxil olub. O, sonadək oynayıb.
Qeyd edək ki, “Erzebirge” hazırda 11 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.