Futbolçumuz ehtiyatda qaldı

İspaniya Sequndasında 39-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun çıxış etdiyi “Albasete” evdə Xixon "Sportinq"i ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.

İsrafilov sonadək ehtiyatda qalıb.

“Albasete” 46 xalla 18-ci pillədə qərarlaşıb.