Futbolçumuz Estoniya çempionatında fərqləndi

Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniya yüksək liqasında fərqlənib.

Sportline.az xəbər verir ki, onun, şərəfini qoruduğu “Narva-Trans” 9-cu turda “Levediya”nı qəbul edib. 4:4 hesabı ilə yekunlaşan görüşdə N.Novruzov 16-cı dəqiqədə komandasının üçüncü qolunu rəqib qapısından keçirib. 39-cu dəqiqədə isə o, qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Narva-Trans” 3 xalla çempionatın autsayderidir.