Futbolçumuz Küveytdən Azərbaycana gəlir

Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubundan ayrılmağa qərar verib.

Sportline.az Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu klubla olan 1+1 illik müqaviləsini qüvvəyə salmayıb. Mirzəyev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Növbəti günlərdə onun yeni klubunun adına aydınlıq gələcək.

Kamalın avqustda Bakıya dönəcəyi gözlənilir. Millinin üzvü ötən yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçmişdi.