Futbolçumuz məğlubiyyətə üzüldü
Çexiyada birinci divizionun 22-ci turunun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, bu gün gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Nəbiyev matçın 23-cü dəqiqəsində - hesabda 0:3 geridə olduqları vaxt əvəzlənib.
Hazırda Fəridin komandası 38 xalla 5-ci yeri tutur.