Futbolçumuz qələbəyə sevindi

Çexiya 2-ci divizionunda 30-cu turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” öz meydanında lider "Pardubiçe" ilə qarşılaşıb. Görüş Jijkov təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

Fərid matçın 46-cı dəqiqəsində meydana çıxıb.
 
Qeyd edək ki, “Viktoriya” hazırda 46 xalla 16 komanda arasında 6-cı pillədə qərarlaşıb.