Futbolçumuz zədəsini sağaltdı

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" sabah Ukrayna Premyer Liqasnda pley-offun yarımfinal mərhələsində "Mariupol"u qəbul edəcək.

Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, zədə səbəbindən son oyunları buraxan Paşayev artıq tam sağalıb və oyuna hazırdır.

Qeyd edək ki, "Mariupol"la matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qəbələ qazanan komanda iyulun 29-da finalda "Kolos" - "Dnepr-1" cütünün qalibi ilə üz-üzə gələcək.