Futbolçumuzun komandası 1 xal qazandı

Estoniya çemponatında 6-cı turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” səfərdə “Legion”la 0:0 hesablı heç-heçə edib.

Novruzov start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Narva Trans” 2 xalla 10-cu yerdə qərarlaşıb.