Futbolçumuzun komandası 1 xal qazandı

Estoniya çemponatında 13-cü turun oyunları keçirilib.

Sportline.az  xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” bu turda səfərdə “Tammeka” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Novruzov  bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Narva Trans” 13 turdan sonra 10 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.