Futzal komandası Azərbaycan Yüksək Liqasından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi "Xilə" komandasını futzal üzrə Azərbaycan Yüksək Liqasından kənarlaşdırıb.

Sportline.az xəbər verir ki, buna komandanın "Ekol"la oyuna vaxtında gedə bilməməsi səbəb olub.

"Xilə" çempionatın təqvim oyununa üzürlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət veriləcək.