Fyodr Yemelyanenko erkən nokauta düşdü

Qarışıq döyüş növləri üzrə dünya çempionu Fyodor Yemelyanenko “Bellator Qran-pri”sində məğlub olub.

Sportline.az xəbər verir ki, rusiyalı idmançı, final döyüşündə amerikalı MMA döyüşçüsü Rayan Beyderlə qarşılaşıb.

43 yaşlı Yemelyanenko gözlənilmədən 35 saniyə ərzində nokauta düşüb. Qeyd edək ki, bu, rusiyalı döyüşçünün karyerası ərzində 6-cı məğlubiyyətidir. Onun aktivində 38 qələbə var