Gedson milliyə çağrıla bilər

“Beşiktaş”ın 25 yaşlı yarımmüdafiəçisi Gedson Fernadeş Portuqaliya millisində çıxış edə bilər.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Gedsonun oyununu bəyəndiyini bildirib. Onu milliyə cəlb edəcəyini açıqlayıb.

Gedson Fernandeş daha öncə milinin formasını cəmi 2 matçda geyinə bilib. 2018-ci ildə sonra milliyə dəvət ala bilməməsinin səbəbi fiziki cəhətdən zəif olduğu üçün meydanda ikili mübarizədə məğlub olduğu qeyd olunurdu.

Qeyd edək ki, Gedson Fernadeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 6 qol və 2 asistlə yadda qalıb.