Gehi gələn ilin yayında London klubuna keçə bilər
"Kristal Pelas"ın ingiltərəli mərkəz müdafiəçisi Mark Gehi gələn ilin yayında "Çelsi" klubuna keçə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı stopperin "zadəganlara" azad agent kimi transfer olma ehtimalı yüksəkdir.
Bu haqda "TBR Football" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Gehinin dəyəri 45 milyon avrodur.