Gehi "Kristal Pelas"dan ayrılır?
Mark Gehi "Kristal Pelas"dan ayrıla bilər.
Sportline.az xəbər verir ki, “Arsenal” “Kristal Pelas”ın müdafiəçisi Mark Gehiyə olan marağı davam edir.
Klub daxilində aparılan müzakirələrdə 25 yaşlı mərkəz müdafiəçisi əsasən yay transfer pəncərəsi üçün hədəf kimi dəyərləndirilir və futbolçunun nümayəndələri ilə artıq ilkin təmaslar qurulub.
İnsayder David Ornştyenin məlumatına görə, “Liverpul”da İngiltərə millisinin üzvünü mövsümün sonuna yaxın yaxından izləyir.
Bununla yanaşı, “Mançester Siti” Gehini daha tez – yanvar ayında heyətinə qatmaq variantı üzərində israrla çalışır.