Gehi “Mançester Siti”də
“Kristal Pelas” klubunun kapitanı Mark Gehi yaxın vaxtlarda karyerasını başqa komandada davam etdirəcək.
Sportline.az xəbər verir ki, “Mançester Siti” ingilis müdafiəçinin transferini artıq yekunlaşdırıb.
Bu barədə insayder Fabrizio Romano məlumat verib.
Məlumata əsasən, tərəflər arasında razılıq əldə olunub.
Müqaviləsinin bitməsinə 6 ay qalan 25 yaşlı mərkəz müdafiəçisi üçün “Mançester Siti” 20 milyon funt-sterlinq ödəyəcək.