Gələn mövsüm də 10 komanda olmayacaq

Azərbaycan Premyer Liqasında növbəti mövsümdə də 8 komanda mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bunları deyib:

"Lisenziyalaşdırma ilə bağlı maliyyə və infrastruktur amilləri var. Bunlar ən vacibdir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə qaydalarına göz yumsaq, çempionat davam edə-edə komanda sayı azalacaq. Planda növbəti mövsüm 10 komandalı çempionat keçirmək var idi. Sözün düzü, İndiki vəziyyəti nəzərə alıb deyə bilərəm ki, növbəti mövsüm 10 komanda olmayacaq.

Fikrimcə, biz yarışda 8 stabil komanda görməliyik. Ən önəmli budur. Əlbəttə, yeni klub lisenziya qaydalarına cavab verərsə, Premyer Liqada mübarizə apara bilər. Ancaq inanmıram ki, çempionatda 8-dən artıq komanda olsun. Çempionat bu şəkildə davam edəcək".