Gənc ağır atletlər üçün növbəti sınaq

Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Sportline.az xəbər verir ki, 11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda bütün regionlardan klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişi və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.