Gənc futbolçu "Tottenhem"ə keçə bilər
"Santos"un gənc futbolçusu Souza karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "mahmızlar" brazilya klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
19 yaşlı oyunçunun transfer qiyməti 13 milyon avrodur.
Qeyd edək ki, Souza cari mövsüm meydana çıxdığı 56 matçda 2 qol, 6 asistlə yadda qalıb.