"Gəncə" klubunda yeni məşqçi

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb.

Sportline.az xəbər verir ki, söhbət qazaxıstanlı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Titorenkodan gedir.

Onunla  bir illik müqavilə imzalayıb.

Qazaxıstan milli komandasının məşqçilər korpusunda yer alan mütəxəssis ötən mövsümü ölkəsində “Jetısu” klubunda çalışıb.