Gəncədə "Neftçi"yə təzyiq
Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Neftçi" matçından sonra xoşagəlməz olaylar yaşanıb.
SportLine.az Rekord.aza istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydan sahiblərinin qapısına təyin olunan penaltidən sonra gəncəli azarkeşlər "Neftçi"nin futbolçularına tərəf plastik su qabları atmağa başlayıblar.
Hakimin final fitindən dərhal sonra isə qonaq komandanın üzvləri daşa basılıb. Nəticədə qonaq futbolçular 20 dəqiqəyə yaxın meydançanın mərkəzində dayanıb gözləməli olublar: