Gimnastımız Avropa çempionatında 6-cı oldu

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında ilk final çıxışını yekunlaşdırıb.

Sportline.az-ın məlumatına görə, idmançı halqa ilə hərəkətlərdə 19.875 xal toplayaraq 6-cı yeri tutub. Rusiyalı Dina Averina 23.300 xalla birinci, Belarus təmsilçisi Katerina Qalkina 21.150 xalla ikinci, israilli Nikol Zelikman 20.950 xalla üçüncü olub.

Qeyd edək ki, Ağamirova gürzlərlə hərəkətdə də finalda iştirak edəcək.