Gimnastımız Avropa üçüncüsüdür

Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının bürünc medalını qazanıb.

Sportline.az xəbər verir ki, gimnastımızın top ilə final çıxışı hakimlərdən 32,850 xal alıb. İtaliyalı gimnast Sofia Raffaeli birinci, Bolqarıstan idmançısı Stiliana Nikolova ikinci yeri tutub.

Gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.