Gimnastlarımız Avropa çempionatında çıxışlarını başa vurdular

Bolqarıstanda bədii gimnastların Avropa çempionatı bu gün yekunlaşır.

Sportline.az xəbər verir ki, gimnastlarımız çıxışlarını başa vurublar.

Çoxnövçülük üzrə komanda yarışları başa çatıb. Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan bacarığını göstərib. Onlar finalda 5 top, 3 halqa və 1 cüt gürzlə hərəkətlərdə 82.225 bal toplayıblar. Bu nəticə ilə millimiz 7-ci yeri tutub.

Daha əvvəl Zöhrə Ağamirova və Arzu Cəlilova çıxışlarını başa vurub. Final mərhələsində halqa, top, gürz və lentlə hərəkətlərin cəmində ümumilikdə 93.250 xal toplayan Ağamirova 16-cı olub. Hakimlərin 4 hərəkətə görə 92.500 xal verdiyi Cəlilova isə yarışı 17-ci pillədə bitirib.