Gökhan Törə "Premyer Liqa"da
Türkiyə millisinin üzvü Gökhan Törənin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, son mövsümü "Beşiktaş"da keçirən yarımmüdafiəçi karyerasını "Premyer Liqa"da davam etdirəcək. 24 yaşlı futbolçu "Vest Hem"lə razılığa gəlib.
London təmsilçisi transfer üçün "Beşiktaş"a 3 milyon avro ödəyib. İngilis klubu futbolçudan razı qalsa, növbəti mövsüm daha 13 miylon avro ödəməklə yarımmüdafiəçini birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, 2013-cü ildən “Beşiktaş”ın formasını geyinən Gökhan Törənin “ağ-qaralar”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi. O, “qara qartal”ın heyətində 3 il ərzində 111 rəsmi oyun keçirib, 19 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.