Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürür.

SportLine.az xəbər verir ki, qitə birinciliyinin ilk günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır. Görüşlərə Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.

55 kq
Təsnifat - Ziyad Zeynalov - Nuqzari Tsurtsumia (GEO)

63 kq
1/8 final - Mikayıl Rəhmanov - Abdullah Toprak (TUR)

77 kq
Təsnifat - Nəsir Həsənov - Zahari Rosenov Zaşev (BUL)

87 kq
Təsnifat - Nəzərşah Fətullayev - Aleksandr Georgiye Stepanetiç (SWE)

130 kq
Təsnifat - Sərxan Məmmədov - Frants Rixter (GER)

Azərbaycan Güləş Federasiyasının məlumatı