Güləşçilərimiz Dortmunda yollanırlar

Güləşçilərimiz daha bir beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. SportLine.az xəbər verir ki, söhbət Dortmund şəhərində təşkil olunacaq Almaniya Qran Prisindən gedir. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçimiz  etimadı doğrultmalıdır. Almaniyaya yollanacaq  heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.  Yarışın proqramına əsasən, iyulun 2-də 65, 74, 86 və 97 kq, iyulun 3-də isə 57, 61, 70 və 125 kq çəkidə güləşçilər yarışacaq.
Yunan-Roma güləşçilərimizdən isə, yalnız Rafiq Hüseynov (75 kq) turnirə qatıalacaq. O, iyulun 2-də mübarizə aparacaq.