Güləşçilərimiz Vətənə dönüblər
Parisdə keçirilən güləş üzrə dünya çempionatı 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş seçməmiz ötən gecə Bakıya dönüb. Sportline.az xəbər verir ki, pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, seçmə komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.
Qeyd edək ki, sərbəst güləş yarışlarında 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı bürünc medalla başa vurub.