Güləşçilərimiz Yakutiyaya yollanıblar

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçiriləcək. 

Sportline.az xəbər verir ki, 2-4 mart tarixdə baş tutacaq turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvəsini sınayacaq. Yığma komandanın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında turnirə İslam Bazarqanov (57 kq), Sübhan Muradov (61 kq), Hacımurad Hacıyev (65 kq), Abubakr Abakarov (74 kq) və Rəşad Yusifli (79 kq) yollanıb. 

Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. 

Turnirin proqramına əsasən, martın 2-də 57, 65, 74, 86, 97 kq, martın 3-də isə 61, 70, 79, 92, 125 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.