Güləşçilərimizdən daha iki medal imkanı

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub. 

46 kq 
Təsəlliverici görüş - Ayşən Yusifova 
1/4 final - Ayşən Yusifova - Sakura Motoki (JPN) 2:12
1/8 final - Ayşən Yusifova - Georgia Kazantzidou (GRE) 2:0

61 kq 
Təsəlliverici görüş - Anastasiya Grançak (KAZ) - Jalə Əliyeva 
1/4 final - Jalə Əliyeva - Qin Zhao (CHN) 0:11
1/8 final - Jalə Əliyeva - Sezim Jumanazarova (KGZ) 12:5