Güləşçilərin əlbəyaxa davası

24 yaşadək sərbəst güləşçilər arasında Rusiya çempionatında dava düşüb.

Sportline.az xəbər verir ki, şimali osetiyalı pəhləvan Alan Baqayevlə inquşetiyalı Babuli Tsoloyev görüş vaxtı dalaşıblar. İnsident iki güləşçi arasında qarşılaşma başladıqdan cəmi 8 saniyə sonra yaranıb. Hakimlər və məşqçilər onları aralamağa müvəffəq olublar. Lakin hər iki pəhləvan çempionatdan qovulub. Onlar yarışdan sonra barışıblar.

Qeyd edək ki, Alan Baqayev 2019-cu ildə 92 kq çəki dərəcəsində dünya çempionu olub. Smolensk şəhərində keçirilən Rusiya çempionatına dekabrın 5-də yekun vurulacaq.