Güləşçimiz Avropa çempionu oldu

Buxarestdə (Rumıniya) güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçirilir.

Sportline.az xəbər verir ki, dördüncü gündə Azərbaycan millisinin güləşçiləri iki medal qazanıb.

Elvina Kərimzadə (43 kq) finalda uduzaraq gümüş, Ruzanna Məmmədova (49 kq) qızıl medal əldə edib.