Güləşçimiz finalda erməni rəqibinə qalib gəldi
Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.
Sportline.az AGF-yə istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.