Gündoğan Qvardiola ilə görüşüb

Almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan yaxın günlərdə "Mançester Siti"nin futbolçusu olacaq.

Sportline.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə futbolçu avqustun 21-i axşam saatlarında Mançesterə gəlib  və şəxsi "Tast Catala" restoranında "Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə görüşüb. Klubun baş direktoru Ferran Soriano ilə birlikdə futbolçunun komandaya qayıtmasını müzakirə olunub.

Gündoğanın "şəhərlilər'lə 1+1 illik müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, daha əvvəl Gündoğanın "Barselon"a ilə 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq İngiltərə klubuna pulsuz keçəcəyi bildirilmişdi.