Gürcüstan millisinin üzvü ən yaxşı seçilib
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili Avropa çempionatının qrup mərhələsində fərdi göstəricilərə görə ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, "WhoScored" onu bu ada layiq görüb.
İstedadlı qolkiper ikinci turun Çexiya ilə matçında 9,5 bal toplayıb.
İkinci yerdə Niderland seçməsinin üzvü Kodi Qakpo qərarlaşıb.
Onun Polşa millisi ilə oyundakı göstəriciləri 8,8 balla qiymətləndirilib.