Gürcüstanlı qapıçı bu gün "Livepul" üçün tibbi müayinədən keçəcək
"Valensiya" klubunun qapıçısı Giorgi Mamardaşvili "Liverpul"a transferindən əvvəl bu gün tibbi müayinədən keçəcək.
Sportline.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl "Liverpul"un Giorgi Mamardaşvilinin transferi ilə bağlı "Valensiya" ilə praktiki olaraq razılğa gəldiyi bildirilmişdi. Mersisaydlıların gürcü qapıçı üçün 35 milyon avro ödəyəcəyi qeyd edilib. Mamardaşvili cari mövsümü icarə əsasında "Valensiya"da keçirəcək və növbəti mövsümdən İngiltərə klubunun sıralarına qoşulacaq.
Qeyd edək ki, ötən mövsüm "yarasalar"la 37 oyuna çıxan qolkiper 34 qol buraxıb.O, 13 görüşdə isə qapısını toxunulmaz saxlayıb.