Gyökeres karyerasını "Dumanlı Albion"da davam etdirə bilər
"Sportinq"in isveçli forvardı Viktor Gyökeres mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Siti" və "Arsenal" Gyökereslə yaxından maraqlanır.
Portuqaliya klubunun rəhbərliyi 26 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Gyökeres cari mövsüm çıxış etdiyi 40 matçda 39 qol və 9 asist müəllifi olub.
Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.