Gyökeres "Mançester Yunayted"ə transfer olacaq?

"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" Gyökeresi transfer etmək üçün "Sportinq"lə görüşmələrə başlayıb. Bu haqda jurnalist Florian Plettenberg öz şəxsi "X" hesabında paylaşım edib.

Portuqaliya klubunun rəhbərliyi Gyökeres üçün ən azı 75 milyon avro tələb edir. 26 yaşlı forvardın "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Viktor Gyökeres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub.