Hacı Əliyev daha bir uğursuzluqla üzləşdi
Azərbaycanın sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyev növbəti dəfə uğursuzluqla üzləşib.
Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı olimpiya mükafatçısı Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan turnirdə medal qazana bilməyib. O, ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, ardınca yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqib də 1/4 finalda məğlub olduğu üçün Əliyev çıxışını başa vurub.
Yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) də iştirak edir.
Qeyd edək ki, Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.