Hacı Əliyev İtaliya yolunda

İyunun 22-dən 25-dək İtaliyanın paytaxtı Romada Matteo Pellikonenin xatirəsinə həsr olunan beynəlxalq güləş turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, ilin üçüncü reytinq turnirində Azərbaycanın 30 idmançısının mübarizə aparması planlaşdırılır.

Sərbəst güləş: Əliabbas Rzazadə, Əfqan Xaşalov (hər ikisi 57 kq), İslam Bazərqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev ( hər ikisi 70 kq), Turan Bayramov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), Əşrəf Aşırov, Hacımurad Ömərov (hər ikisi 79 kq), Orxan Abbasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov, Məhəmmədxan Məhəmmədov (hər ikisi 97 kq), Vahid Qalayev (125 kq).

Yunan-Roma güləşi: Murad Məmmədov, Eldəniz Əzizli, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyaev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka Kandelaki (hər ikisi 130 kq).