Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər
Ara transfer dönəmində orta xətti iki futbolçu ilə gücləndirməyi planlaşdıran “Qalatasaray”ın Hakan Çalhanoğlu ilə bağlı təmaslara başlaya biləcəyi öyrənilib.
Sportline.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi müqaviləsi 2027-ci ilin may ayında başa çatacaq türkiyəli futbolçu üçün əsas addımı yay transfer pəncərəsində atmağı düşünür.
Bu haqda Türkiyənin məşhur "Fanatik" qəzeti məlumat yayıb.
Mövsümün sonunda şərtlər dəyərləndiriləcək və tərəflər arasında danışıqlar masası qurula bilər.