Hakan Çalhanoğlu üçün böyük təklif

“İnter”in və Türkiyə millisinin 30 yaşlı futbolçusu Hakan Çalhanoğlu karyerasını yenidən Almaniyada davam etdirə bilər.

Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, “Bavariya” Hakanı yay transfer pəncərəsində heyətinə qatmaq istədiki bildirilir. Oyunçu ilə yanvar ayında razılıq əldə edib “İnter”ə isə rəsmi təklifi yayda edəcəkləri gözlənilir.

“İnter” rəhbərliyi Hakan Çalhanoğlu üçün alman klubundan 50 milyon avro tələb edib.

“Bavariya” Hakan üçün bu məbləği ödəmə razı olduqu qeyd olunur.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 2 qolla yadda qalıb.