Hakimlər davaya müdaxilə etməyəcək

Peşəkar Futbol Liqasının Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqladığı təlimatda oyunları idarə edəcək hakimlər barədə bəzi qadağalar da əksini tapıb.

Sportline.az xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.