"Hall Siti" braziliyalı oyunçu ilə maraqlanır

"Fənərbağça"dan ayrılan braziliyalı futbolçu Joao Pedro karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Hall Siti" klubu 32 yaşlı hücumçunun xidmətində maraqlıdır. İngiltərə təmsilçisi azad agent statusunda olan oyunçuya 1+1 illik müqavilə təklif edib.

Ötən mövsümü icarə əsasında "Qremiyo"da keçirən Pedro 30 oyunda 3 qol vurub.

Qeyd edək ki, 2022-ci ildə "Kalyari"dən "Fənərbağça"ya 4.68 milyona avroya transfer olunan təcrübəli oyunçunun hazırki transfer dəyəri 3 milyon avrodur. 

Pedro daha əvvəl peşakar karyerasında "Eştoril", "Santos" və "Palermo" kimi klubların formasını geynib.