Hans Flik futbolçusuna güvənir

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniyada zəif start götürən Markus Reşforda tam arxayındır.

Sportline.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.

Yayda “Mançester Yunayted”dən transfer olunan hücumçu dörd oyunda hələ qol vurmamışdı.

Bununla belə, Flik 27 yaşlı futbolçunun yaxşı irəlilədiyini düşünür.

İngiltərə millisinin üzvü “Valensiya” üzərində 6:0 hesablı qələbədə məhsuldar ötürmə ilə yadda qalıb və Robert Levandovski, Rafinya ilə əlaqəli oyunda özünü yaxşı göstərib.