Harri Keyn Mançester klubunun hədəfindədir

"Mançester Yunayted" "Bavariya"nın ingiltərəli forvardı Harri Keyn transfer etməkdə israrlıdır.

Sportline.az xəbər verir ki, Mançester klubunun rəhbərliyi 32 yaşlı futbolçunu yenidən İngiltərəyə gətirməyi planlaşdırır.

Keynin transfer qiyməti 75 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu cari mövsüm meydana çıxdığı 15 matçda 21 qol, 4 asistlə yadda qalıb.