Harri Keyn: “Messiyə əlavə motivasiya vermək olmaz”

İngiltərə millisinin kapitanı Harri Keyn komanda yoldaşı Cud Bellingemin Lionel Messiyə qarşı davranışı ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, matçdan sonra jurnalistin “Harri, oyun zamanı Cud Bellingemin Messiyə yanaşmasını necə dəyərləndirirsən?” sualını cavablandıran təcrübəli hücumçu bunları deyib:

“Cuda dedim ki, Messiyə elə yanaşmağa ehtiyac yoxdur. Onun içindəki canavarı oyadıb sonra heç nə olmayacağını gözləyə bilməzsən. Ona əlavə motivasiya verdiyin an səni cəzalandıracaq. Elə matçda da bunu gördük. Messi kimi futbolçulara qarşı bəzən edə biləcəyin ən ağıllı şey intizamlı qalmaq və onların səviyyəsini yüksəltməsi üçün əlavə səbəb verməməkdir.”

Qeyd edək ki, Keynin bu açıqlaması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Banner