Harri Vilson “Aston Villa” yolunda

“Fulhem”in uelsli futbolçusu Harri Vilson azad agent kimi “Aston Villa”ya transfer olmağa yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda “Team Talk” nəşri məlumat yayıb.

29 yaşlı oyunçunun dəyəri “Transfermarkt” portalına görə, 25 milyon avrodur.

Qeyd edək ki, sözügedən sağ cinah vingeri cari mövsüm meydana çıxdığı 36 matçda 11 qol, 7 asistlə yadda qalıb.