"Hatayspor"dan Qurban Qurbanov açıqlaması

Türkiyə Superliqasına vəsiqə qazanan “Hatayspor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqları davam etdirir.

Sportline.az xəbər verir ki,  bu barədə klubun prezidenti Nihat Tazearslan "CBC Sport"a bildirib:

"Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək".