Həbib Nurməhəmmədovun dönüş vaxtı bilindi

Qarışıq döyüş növləri üzrə dünya çempionu Həbib Nurməhəmmədov titulunu bu ilin sentyabr ayında qorumağa çalışacaq.

Sportline.az xəbər verir ki, bunu, UFC-nin prezidenti Dena Uayt açıqlayıb: "Həbib sentyabr ayında qayıdacaq. Hazırda o cəzalıdır. Bu müddət bitdikdən sonra isə, Ramazan ayı başlayacaq. Buna görə, Həbib yalnız sentyabr ayında çempionluq kəmərinin müdafiəsinə qalxa biləcək". 

Qeyd edək ki, 2018-ci ilin oktyabrında, Konor Makqreqorla döyüşü qələbə ilə başa vuran Nurməhəmmədov, görüşdən sonrakı qalmaqala görə, 9 ay yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti iyulun 6-da bitəcək.