Hemilton 8 qat dünya çempionu olmaq istəyir

"Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton karyerası ilə bağlı əsas hədəfini açıqlayıb.

Sportline.az xəbər verir ki, "Mercedes"in 36 yaşlı pilotu "Sportweek" nəşrinə açıqlamasında 8-ci dəfə çempionluq qazanmaq istədiyini bildirib.

O, hazırda bu vəzifəyə kökləndiyini söyləyib: "8-ci titul inanılmaz olardı. Hətta bu rəqəmi çətinliklə tələffüz edirəm. Amma tamamilə həmin hədəfə fokuslanmışam. Lazımi dəstəyin olduğunu bilirəm".

Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb.